Qarabağ qazisi Türkiyə mediasının gündəmində – VİDEO
11-02-2023, 16:40

Bakıda çəkilən  bu görüntülər Türkiyə mediasında gündəm olub.

AZİNFORM.AZ xəbər verir ki, Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün yardım kampaniyasına qoşulan Birinci Qarabağ müharibəsi qazisinin sözləri izləyənləri kövrəldib.

Qarabağ qazisi hazırladığı yardımı Bakıdakı yardım toplama məntəqəsinə gətirib. Onun titrək səsi ilə “bu yardımı Kahramanmaraşdakı qazilərimizə çatdırın” deməsi izləyənləri duyğunlandırıb.

Azərbaycan qazisinin bu görüntüləri sosial medianın Türkiyə seqmentində də gündəm olub.





up