"Azərbaycanda ümumiyyətlə belə dağıntılarla bağlı heç nə baş verməyəcək. Narahat olmağa dəyməz. Bildiyiniz kimi, Azərbaycan İran, Türkiyə, Gürcüstan ilə qonşudur. Bu dövlətlərdə müəyyən qədər təsirlər ola bilər".
Bu sözləri BAKU.TV-yə açıqlamasında ekstrasens Zirəddin Rzayev deyib. O, Bakıda dağıdıcı zələzələnin olması ilə bağlı açıqlamaya da aydınlıq gətirib. Ekstrasens bildirib ki, Azərbaycanda zəlzələ təhlükəsi gözlənilmir:
"Hazırda qardaş Türkiyədə gördüyümüz ağır fəlakət Azərbaycanda təkrarlanmamalıdır. Amma mən bunu deməmişdim ki, bu Bakıda ola bilər. Əksinə rəsmi informasiya portallarında demişdim ki, İraq, İsrail, İran, Türkiyədə son iki ildə böyük zələzlər baş verəcək. Allah bütün türk millətini qorusun!"
Facebook
Вконтакте
Одноклассники
Google+