Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq - 2° ŞAXTA...
8-02-2023, 21:57

Fevral ayının 9-u səhər saatlarından Bakıya qar yağacağı gözlənilir.

Hava proqnozu tətbiqlərində Bakıya qarın səhər saat 07 radələrindən etibarən yağmağa başlayacağı qeyd olunur.

Gecə və səhər saatlarında havanın temperturunun 0 və 2 dərəcə şaxta təşkil edəcəyi bildirilir.

Qarın gün ərzində yağacağı, saat 14:00 və 15:00-da xüsusi ilə şiddətlənəcəyi vurğulanır





up