Yeni il axşamı Dənizkənarı Milli Parkda izdiham yaşanıb. Uşaqdan böyüyə hər kəs ora toplaşaraq 2023-cü ilin gəlişi ilə əlaqədar baş tutacaq atəşfəşanlığı izləyib.
AZİNFORM.AZ xəbər verir ki, bu zaman Bakı Bulvarında maraqlı anlar yaşanıb.
Belə ki, atəşfəşanlığı izləməyə gələnlər həmin ərazidə fəaliyyət göstərən obyektlərin üstünə çıxıblar.
Onların bu görüntüləri ətrafdakılar tərəfindən anbaan lentə alınıb.
Sosial şəbəkələdə yayılan görüntülər birmənalı qarşılanmayıb. İstifadəçilər həmin şəxslərin bu addımını qınaq atəşinə tutublar. /baku.ws/
Ətraflı videoda: