Əməkdar artistə ağır itki üz verdi - FOTO
19-12-2022, 23:26

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elnar Qarayevə ağır itki üz verib.

AZİNFORM.AZ xəbər verir ki, tanınmış aktyorun atası Cəfər Qarayev vəfat edib.

Bu barədə sənətçi özü sosial mediada məlumat yayıb.

O, atası ilə fotosunu paylaşaraq "Bu gün atamı torpağa tapşırdım. Bunu yazmaq çox ağırdı..." sözlərini qeyd edib.






up