Vilayət Eyvazovdan rəis TƏYİNATI
4-12-2022, 18:23

Zaqatala Rayon Polis Şöbəsində rəis təyinatı olub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

AZİNFORM.AZ bildirir ki, faktı DİN-in Şəki regional qrupundan təsdiqləyiblər.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, Cabir Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalışıb.





up