Gələn il pensiyalar NƏ QƏDƏR ARTIR? - AÇIQLAMA
11-11-2022, 15:39

Gələn il yaşa görə pensiya 450 manatın üzərində proqnozlaşdırılır.

AZİNFORM.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, gələn il pensiyaların orta göstəricisinin ciddi şəkildə artımı, ümumilikdə pensiyaların 400 manatdan yüksək olması proqnozlaşdırılır.





up