"Körpələr analarını qoxularından tanıyır" - VİDEO
4-11-2022, 19:44

Ana və uşaq arasındakı bağ digər münasibətlərdən fərqlənir. Körpələr analarını hətta qoxularından tanıyır və onların qucağında sakitləşirlər.

AZİNFORM.AZ xəbər verir ki, bunun sübutu olan video sosial şəbəkələrdə yayılaraq izləyicilərin marağına səbəb olub.

Kadrlarda ana ağlayan uşağına yaxınlaşır və onu öpərək sakitləşdirib yatızdırır. Proses cəmi 15 saniyə çəkir.

Düzdür, təəssüf ki, bu üsul hər uşaq üçün keçərli deyil, amma yenə də yoxlamağa dəyər.





up