Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.
AZİNFORM.AZ xəbər verir ki, “Qafqazinfo” məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğuya cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:
“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.
Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.