VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİD MÜƏLLİMLƏRİ - VİDEO
5-10-2022, 14:46

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Bizə nümunə olub dərs keçən hər bir kəsin müəllim olduğunu nəzərə alsaq, hətta düşmənə də "dərs keçən" qəhrəman müəllimlərimizi, ŞƏHİDLƏRİMİZİ yad etməyin yeri var. Lakin qeyd edək ki, 44 günlük Vətən müharibəsində peşəsi müəllimlik olan şəhidlərimiz də olub.

AZİNFORM.AZ xəbər verir ki, daim qısa və maraqlı süjetləri ilə tanınan "Belə-belə işlər" platforması həmin igidlərimizin xatirəsini əbədiləşdirmək üçün çox gözəl və təsiredici video hazırlayıb.

Videonun yayımlanmasından bir il ötsə də, həmin kadrlar bu gün də aktuallığını qoruyub saxlayır.

Vətən müharibəsində tarix yazan müəllimlər, torpaqlarımızın azadlığı uğrunda şəhid olan müəllimlər, qarşınızda baş əyirik!

Sözügedən videonu təqdim edirik:





up