Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səs yazısını yaydı - VİDEO
27-09-2022, 12:00

Azərbaycanın Əməkdar artisti Rafael İsgəndərov dostu, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun səs yazısını yayıb.

AZİNFORM.AZ xəbər verir ki, səs yazısında şəhidimiz Abdal-Gülablı kəndinin gözəlliyindən bəhs edib və həsrətini dilə gətirib.

Əməkdar artist şəhidlə şəkillərinin də yer aldığı videoya bu başlığı yazıb:

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Bildirək ki, şəhid Müşviq Abbasov əslən Ağdamın Abdalgülablı kəndindən olub. Vətən müharibəsinin ilk günlərindən iki oğlu ilə birgə ön cəbhədə savaşıb.  /sfera.az/





up