ABŞ rəsmisi Şəhidlər Xiyabanında — FOTO
20-01-2023, 12:07

Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Şəhidlər xiyabanını ziyarət edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Şiddətli hücüm zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq", - deyə, paylaşımda Azərbaycan xalqına başsağlığı verilib.






up