Ya sülh, ya müharibə - Ermənistan iki yoldan birini seçməlidir
18-09-2022, 18:12

"Ermənistan sülh və ya müharibə arasında seçim etməlidir".

AZİNFORM.AZ xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov deyib.

Analitik ehtimal edir ki, Səmərqənddə vacib razılıq bir daha təsdiqlənib: 

"Ermənistanın baş nazirinə bununla bağlı məlumat verilib. Ermənistan ya Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq sülh müqaviləsi imzalamalıdır. Öhdəliklərini yerinə yetirməlidir. Ya da demarkasiya olmadığından 1920-ci ilin 30 noyabrına qədərki sərhədlər bərpa edilməlidir. İsterikada olan Nikol Paşinyan Fransa prezidenti E.Makron və ABŞ dövlət katibi E.Blinken ilə bu məsələni bir daha müzakirə edib. Fransa, ABŞ, o cümlədən İran mövcud durumdan narazıdırlar".




up