Sülhməramlılardan növbəti rüsvayçılıq: “Qisas” əməliyyatından sonra...
4-08-2022, 16:06

Sülhməramlılar bəzi postlarda erməni terrorçularla birgə “keşik çəkməyə” qərar verib

Qarabağda - Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə sözügedən kontingentlə bağlı daha bir qalmaqallı informasiya yayılıb.

Ötən gün Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin daha çox qeydinə qalmağa başlayıblar.

Məlumata görə, sülhməramlılar bəzi postlarda erməni terrorçularla birgə “keşik çəkməyə” qərar verib. Bu cür “tədbirlər”in bölgədə “gərginliyi azaltmağa” xidmət etdiyi vurğulanıb.qazet.az





up