Məşhur müğənninin konsertində kütləvi dava düşdü - VİDEO
8-09-2022, 22:26

Bursada türkiyəli tanınmış müğənni Edis və reper Gazapizmin birgə səhnəyə çıxmağa hazırlaşdığı konsertdə tamaşaçılar arasında insident yaşanıb. 

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, konserti izləməyə gələn bir qrup gənc arasında dava düşüb. Təhlükəsizlik xidmətinin əməkdaşları onları aralamağa çalışsalar da, dava qısa müddətdə böyüyüb.

Hüquq mühafizə orqanları müdaxilə edərək tərəfləri sakitləşdiriblər.

İlkin məlumata görə, davaya konserti izləyən qadınlardan bir neçəsinin cinsi qısnamaya məruz qalması səbəb olub. 






up