Məşhur aktrisa oğlunun görüntülərini paylaşdı - VİDEO
4-09-2022, 20:48

Aktrisa Xəyalə Quliyeva oğlu ilə fotosunu paylaşıb.

AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Xəyalə, övladı Məhəmmədin ad günü olduğunu bildirib.

“Boyuna qurban olduğum, qara gözlüm, ilk nübarım, ad günün mübarək! Dünən qucağımda körpə uşaq idin, bu gün 15 yaşın tamam olur! Sağlam, xoşbəxt, firavan böyü! Fəxrimiz, qürurumuz ol!, - deyə, Xəyalə paylaşımına qeyd edib.

Qeyd edək ki, Xəyalənin Arzu adlı qızı da var. O, hazırda Xəzərdə yayımlanan “Komedixana”nın aktrisası kimi fəaliyyət görsədir.






up