Yaxın zamanda yayımlanması planlaşdırılan "Gülümse kaderine" serialının baş rol aktrisası Mine Tugayın başına iş gəlib.
AZİNFORM.AZ xəbər verir aktrisa velosiped sürərkən yıxılıb və qolunu sındırıb. Bu barədə o, özü sosial media hesabında xəstəxanadan qolu sarğılı olan fotosunu paylaşaraq məlumat yayıb.
O, fotosuna "Bu da belə bir xatirə oldu. Əsla dəbilqəsiz velosiped sürməyin. Əgər dəbilqə başımda olmasaydı, indi başqa şeylər ola bilərdi" deyə, yazıb. /yenisabah.com/