Toyuna 1 ay qalmış ürəyi dayandı
29-08-2022, 11:50

Rusiyada tanınmış KVN-çi Nikita Sumarkov toyuna bir ay qalmış vəfat edib.

AZİNFORM.AZ “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, avqustun 26-da 30 yaşlı artistin ürəyi dayanıb.

Sumarkovun dostunun sözlərinə görə, hazırda ekspertiza aparılır, meyit yarılacaq.

Qeyd edək ki, KVN-çinin sentyabrın 23-də toyu olacaqmış.  /qafqazinfo/

 





up