TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?
25-08-2022, 23:08

Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub.

Bildirilib ki, məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.

AZİNFORM.AZ həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:

"6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır".

B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, OLAY-a açıqlamasında təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:

"İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım".





up