Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses ağır yol qəzası keçirib. Bədbəxt hadisə zamanı sənətçi avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onu qurtarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.
İfaçının qəzaya düşdüyü əraziyə ilk dəfə gələn oğlu Ahmet Tatlıses olub.
O, xilasedicilərlə birlikdə maşında sıxılmış vəziyyətdə qalan atasını xilas etməyə çalışıb.
Xatırladaq ki, İbrahim Tatlıses oğlu Ahmeti övladlıqdan rədd edib. /baku.ws/