AZİNFORM.AZ xəbər verir ki, xanım sənətçi kişinin üstünlüyünü önə çəkməklə sosial şəbəkə əhlinin qəzəbinə səbəb olub:
"Olub da, qəbul da etmişəm vaxtında. Ay qardaş, qurban olum, kişidir də. Qadın bir dəfə adı ləkələndisə, ikinci dəfə onun adı düzələn deyil. İllərlə də yaşasa, o ləkə getməz".
Aparıcının "Əgər biri sizinlə ailə qursa və desə ki, başqa yerdə xanımım var, qəbul edərsiniz?" sualına cavabında sənətçi "Birincisi, mən heç kimin haqqına girmərəm. Əgər o kişinin ailəsi varsa, xanımı varsa, xanımının qarğışına yiyə olmaram. Ola bilər xanımın günahı olsun, ya da boşanıbsa, bu, başqa məsələ", - deyib.
Meyxanaçı aparıcının "Sizinlə ailə qurub, sonra gedib birini alsa necə?" sualına isə belə cavab verib: "Qoy, gedib qursun, lap üçünü alsın. Fərq etməz. Bağdan nə gedir e, nə gedir bağbandan gedir".
Sözügedən çıxışdan sonra izləyicilər meyxanaçı Samirəni tənqid atəşinə tutublar.
Mövzu ilə bağlı daha ətraflı cebhe. Info-ya meyxanaçı Samirə Yusifqızı özü danışıb.
"Kişi ömür boyu kişidir. Amma xanımın bakirəliyi məhv olsa, vəssalam. Lap on dəfə də evlənsə də, kişi kişidir. Əgər qadının həyatı düz gətirməyib, yoldaşı rəhmətə gedibsə, ayrılıbsa, ərə getməlidir, tək qalmalı deyil. Bu, “Quran”da da yazılıb. Amma o, artıq ərdən çıxmış dul kimi ərə gedəcək. Qadın kimi gedəcək, yəni qız kimi yox. Kişi boşanıbsa da kişidir. Gedib subay qız alacaq. Əgər məni ərəb şeyxi almaq istəsə, o birisi arvadları ilə bərabər saxlasa, fərq qoymayacaqsa, onlara necə baxırsa, mənə də elə baxacaqsa, niyə də yox?! Nə olar ki?"
Samirə Yusifqızının fikrincə, hər bir qadın istəyər ki, həyatındakı kişi tək onun olsun:
“Yəni kişisinin tək qadını olsun. Amma elə yazılmamış qanunlar var ki, biz bunları istədiyimiz kimi yönləndirə bilmərik. Həyatda hər şey ola bilər. Kişilərin yaşlı vaxtında deyirlər ki, ikinci sevgisi başlayır. Kişidir, getdi qıraqda birini gördü... Ürəkdi e. Ürəyə güc etmək olmaz. Ona görə ailə dağtmağa dəymir. Əgər kişi ailəsinə yaxşı baxırsa, uşaqlarına yaxşı baxırsa..."
Meyxanaçı dediyi sözə görə onu təhqir edən qadınlara sözünü əsirgəməyib: "Qadınlar mənə şərhlərdə yazırlar ki, sizin qürurunuz yoxdur, belə şeyi necə qəbul edirsiniz? Onlara demək istəyirəm ki, ay o qürurdan danışan xanımlar, məgər siz bilirsiniz ki, əriniz evdən çıxdı hara getdi? Ay təpən haqqı! Üzərinə nəzarət üçün aparat yerləşdirməmisiniz ki, hara getdi "cikkildəsin" ki, buradayam. Kimdə nə yoxdur ondan danışır. Elə deyən qadınların ərləri birinci başqasının yanına gedir”.
Meyxanaçının sözlərinə görə, başqa xanımların yanına gedən kişiləri çox vaxt öz qadınları elə vəziyyətə salır:
"Yəni başqasının yanına getməyə məcbur edirlər. Kişini vadar edirlər. O qədər deyinirlər, danışırlar, dır-dır edirlər ki... Kişilər bundan qaçmaq istəyirlər, qaçırlar. Kişiləri heç bir vaxt bezdirmək lazım deyil. Kişilər uşaqların evdəki səs- küyünü götürmürlər. Sərbəstlik, azadlıq istəyirlər. Çünki ananın çəkdiyi zəhməti çəkməyiblər axı. Ana uşağı bətnində gəzdirib, kişilər bunu etmir".
Sənətçi şəxsi həyatından da danışıb: "Mənim həyatımda sevgi yoxdur. Nə də yanımda kişi var. Heç olmasını da istəmirəm. Bir nəfər var idi, çox güclü sevirdik bir- birimizi. Sadəcə mən ailəli olduğunu bildim və onun qadınının haqqına girmədim. Onun ahını almaq istəmədim. Nə olsun ki, o, məni istəyir? Elə şeylər var ki, buna baxmır. Bu dəqiqə xəbərlər də göndərir ki, məni gözləyir, amma mən gözləmirəm. Həyatımda heç kim yoxdur. Olacaqsa, ancaq rəsmi qaydada olacaq. Daha gəlib mənim hesabıma yaşayanlardan yox. Arvadı arvad kimi yaşadan kişi olmalıdır. Əgər rəsmi evlənsəm, həyatımdakı kişi gedib kimisə sevsə, onun yanına getsə, mane olmayacağam. Kişi kişidir. Çünki mənə daha yaxın gəlməsi üçün kənara getməsi məsləhətdir. Kənara gedəndə evdəkinin qədrini daha yaxşı bilir".