“Ehtiraslı səhnələrim 8 saata çəkildi” - FOTO
21-08-2022, 23:49

51 yaşlı meksikalı aktrisa Salma Hayek illər sonra “Desperado” filmindəki cəsarətli səhnələrindən danışıb.

AZİNFORM.AZ xəbər verir ki, aktrisa 1995-ci il istehsalı olan filmdəki Antonio Banderasla birlikdə ehtiraslı səhnələrinin 8 saata çəkildiyini deyib:

“Əslində 1 saata çəkilməsi nəzərdə tutulmuşdu. Bu, mənim ilk cəsarətli səhnəm idi və buna görə çox çətinlik çəkdim”.

Qeyd edək ki, “Desperado” Salma Hayekin soyunduğu yeganə film deyil. O, 2006-cı ildə Klin Farrellə birlikdə çəkildiyi “Eşqdən soruş” filmində də soyunub. /axşam.az/

 





up