DİGƏR XƏBƏRLƏR
Müğənni Nadir Bayramlı bir çoxlarının onu Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə evli hesab etdiyini deyib.
AZİNFORM.AZ xəbər verir ki, ifaçı bu barədə teleproqramın birində deyib.
N.Bayramlı bildirib ki, daha sonra soyadını dəyişib:
“Bu hadisə 1993-cü ildə olub. İzmir parkında çəkilişə dəvətli idik. Baxdım ki, Ruhəngiz Allahverdiyeva da gəlib. Toylarda çox vaxt bir yerdə olurduq. Çəkilişdən öncə dedi ki, xəbərin varmı, soyadımız eynidir deyə insanlar arasında söz-söhbət yaranıb. Məhz buna görə soyadımı dəyişməmişəm. Bizə Bayramlılar nəsli deyirdilər. Ulu babamın da adı Bayram olub. Nəsildə ilk Bayramlı soyadını mən götürmüşəm".