"60 yaşlı əyriqıca, atası falcı olan..." - Afət Fərmanqızı kimə söz atıb acıq verdi? - VİDEO
12-08-2022, 17:46

Son zamanlar məhkəmələrdən səsi gələn müğənni Afət Fərmanqızı istirahət etməyədə də vaxt tapıb.

AZİNFORM.AZ xəbər verir ki, hazırda Türkiyədə olan müğənni özünün "İnstagram" səhifəsindəki paylaşımıyla müzakirələrə səbəb olub.

Belə ki, kadrlarda Fərmanqızı hovuz kənarında "Vecimə deyil" mahnısının sədaları altında meyvə yeyir. İzləyicilər onun kiməsə açıq-aşkar şəkildə acıq verdiyini düşündüklərini bildiriblər.

Müğənninin paylaşımını bu sözlərlə şərh edib:

"Ay nənə (60 yaşlı əyriqıca, atası falcı olan). Dincəl"

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verib və ona qarşı işlədilmiş ifadələr üzərində linqvistik ekspertizasının keçirilməsi xahiş edib. Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızından 100 min manat tələb edir.

F. Kərimovanın A.Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir. /big.az/

Həmin videonu təqdim edirik:





up