O, qadınlığa ilk addımını atdığı əməliyyatından sonra Allaha şükür edərək əfv diləyib.
Məşhur müğənni Bülent Ersoy 14 Aprel 1981-ci ilin çərşənbə axşamı səhəri, “Charring Cross” xəstəxanasında keçirdiyi əməliyyatla cinsiyyətini dəyişdirib və yeni həyatına Bülent xanım olaraq "Salam" deyib.
Sənətçi onunla görüşən ilk türk jurnalistə bunları söyləyib: "Günlərim dua etməklə keçir. Tanrıma şükürlər olsun. Özümü yaxşı hiss edirəm".
Əvvəllər doğum günlərini qeyd etməyən Bülent xanım Türkiyəyə qayıtdıqdan sonra 9 İyun 1981-ci ildə, 29-cu doğum günündə kiçik parti təşkil edib və "Bu mənim 1-ci yaş günümdür" deyib.