Müğənni Hissə 50 000 AZN-lik lüks avtomobil hədiyyə edildi - VİDEO
26-07-2022, 15:08

Müğənni Hiss (Röya Məmmədova) bahalı avtomobili ilə gündəmə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni və lüks maşınının görüntülərini yayımlayıb.

Sözügedən avtomobil Hissə hədiyyə edilib. İfaçının köməkçisi Vüqar maşının Hissə yerli avtomobil şirkətləri tərəfindən bağışlanıldığını bildirib. 

Sənətçiyə hədiyyə olunan nəqliyyat vasitəsi 2022-ci il istehsallıdır. Maşının qiyməti 50 000 AZN dəyərindədir. 

Xatırladaq ki, Hiss bir müddət əvvəl özünə bahalı malikanə də alıb. /baku.ws/





up