Gənc müğənni Gülnar Ələkbərli Rəvan Qarayevi “Yaşım az idi, Rəvan bəy, məni yanında toylara aparırdı, amma pul məsələsinə gəldikdə haqqımı kəsirdi” deyərək ittiham edib.
AZİNFORM.AZ xəbər verir ki, müğənni Rəvan Qarayev “haqqımı yeyib” deyən xanım müğənniyə cavab verib.
Bu barədə Qarayev ARB TV-də yayımlanan “Maqazin plus” verilişinə müsahibəsi zamanı danışıb.
Rəvan sözügedən şəxsi tanımadığını qeyd edib.
“Qətiyyən yalan deyir. Mənim ansamblımda işləməyə can atan o qədər gənc ifaçılar var ki... Kim ki, ansamblımda iştirak edə bilmir, başlayır bu cür danışmağa. Mən onu tanımıram, o heç mənimlə toya gedib ki? Yalan danışır”, - deyə Qarayev bildirib.
Ətraflı süjetdə: