“Atam 2000-ci ildə 66 yaşında dünyasını dəyişdi. Çəkdiyi çətinliklərə, ailədəki sıxıntılara atam dözə bilmədi. O, ürək tutmasından vəfat etdi. Övladlarıma da deyirəm ki, valideynlərinizin sağlığında dəyərini, qiymətini bilin. Biz əlimizdə olanı itirəndə onun peşmançılığını çəkirik. Bunu isə dərindən o qədər də düşünmürük”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Nadir Bayramlı qonaq olduğu “Onun sirri” verilişində deyib.
Sənətçi 22 il əvvəl dünyasını dəyişən atası ilə bağlı xatirələrini yada salaraq, göz yaşı axıdıb:
“Tanınmağa başlayanda atam çox sevinirdi. Özü də görürdü ki, təşkilatçılıq işləri ilə də özüm məşğul olurdum. Özümə avtomobil almışdım. Atam gəldi avtomobilə əyləşdi. Baxıb çox sevindi (red. Bu anda Nadir Bayramlı kövrələk, ağlayır). Çünki atamın heç vaxt avtomobili olmamışdı. Onun xəstəliyi, sıxıntıları vardı. Çox istərdim ki, atam 10-15 il sonra qazandığım nailiyyətləri görə bilərdi. Buna çox sıxılıram”.