Aktrisa Nataşa Bassett “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan ayrılıb.
AZİNFORM.AZ bildirir ki, ayrılığın səbəbi kimi Şivon Zilisin milyarderdən əkiz uşaq dünyaya gətirməsi göstərilir.
Məlumata görə, avstraliyalı aktrisa Maskın başqa bir qadından əkiz uşaqları olduğunu bildikdən sonra münasibətlərinə son qoyub.
Xatırladaq ki, İlon Maskla Nataşa Bassettin münasibəti bu ilin fevralında məlum olmuşdu. Onlar Los-Ancelesdə şəxsi təyyarədən enərkən paparatsilərə tuş gəlmişdilər.