"Atam restoranda yıxılıb vəfat edib"
11-07-2022, 21:29

"Atam mənim nişanımdan bir həftə sonra vəfat etdi. Toyumu görməsə də, nişanımı gördü. Uşaqsevər idi, nəsildəki bütün körpələri sevirdi".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Hacı Nazim Məmmədov "Sözbaz" proqramında deyib. İfaçı atasının dünyasını dəyişməsindən danışıb. O bildirib ki, atası onun nişanından sonra vəfat edib:

"Restoranda yıxıldı, iki gün komada yatdı və dünyasını dəyişdi. Anam mənimlə yaşayır. Amma heç vaxt onunla dost ola bilmədik. Mənim dostum atam idi. Düşmən deyilik, yanımdadır, hara gedirəm mənimlədir". 





up