Özbək əsilli 68 yaşlı rusiyalı milyarder Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə milli komandasının 73 yaşlı baş məşqçisi İrina Viner-Usmanovayla bağlı məhkəmədə qaldırdığı boşanma iddiasını geri götürüb.
AZİNFORM.AZ axsam.az-a istinadən xəbər verir ki, məhkəmə "iddiaçının iddiadan imtina etməsi səbəbindən" icraatı dayandırıb. Milyarderin hansı səbəbdən ərizəni geri götürməsi məlum deyil.
Qeyd edək ki, Əlişir ilə İrina 1992-ci ildən evlidirlər. Milyarderin sərvəti hazırda 15,4 milyard dollardır.