Konsertdə müğənni oxşarı əvəz edib - VİDEO
26-06-2022, 15:45

Amerikalı müğənni Billi Ayliş etiraf edib ki, “Coachella” festivalındakı çıxışlarının birində onun yerinə dublyor çıxış edib.

Onun sözlərinə görə, rəqqasəyə səhnə geyimini geyindirib və ona qara parik bağışlayıb:

“Coachella”nın əvvəlində şou üçün rəqqaslarımdan biri dublyorum idi. Mən ona əvvəllər səhnədə geyindiyim paltarı geyindirdim. Qara parikimiz, maskamız və gün eynəyimiz var idi və o mənim ayaqqabılarımı və corablarımı da geyindi. Hamı elə bildi ki, o mənəm. Və heç kim bunun mən olmadığımı təxmin etmirdi, heç kimin bundan xəbəri yox idi”.

AZİNFORM.AZ





up