Anar Ağakişiyev bütün sirləri açacaq - VİDEO
14-06-2022, 00:32

Stilist Anar Ağakişiyev yeni layihəsini təqdim etməyə hazırlaşır.

AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. Üzü yanan xanımı makiyaj edərkən çəkilən görüntülərini paylaşan stilist izləyicilərini sevindirəcəyini bildirib:

"Əziz dostlar, tezliklə hamınızı çoxdan gözlədiyiniz yeni layihə ilə sevindirəcəyəm. Tez-tez qüsursuz dəri yaratmaq üçün istifadə etdiyim üsullar və makiyajla bağlı suallar verirsiniz. Ülkər xanımın sayəsində bütün sirlərimi sizə açmaq qərarına gəldim".

Qeyd edək ki, ilk dəfə 2018-ci ildə üzü yanan xanımı makiyaj etməsi ilə böyük səs-küy doğuran Anar Ağakişiyevin yeni layihəsi 2 gün sonra "YouTube" kanalında yayımlanacaq.


AZİNFORM.AZ



up