19 il sonra həmin öpüşü təkrarladılar - Foto
12-06-2022, 16:16

Xəbər verdiyimiz kimi, iyunun 9-da məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin toyu olub.

AZİNFORM.AZ xəbər verir ki, cütlüyün Kaliforniyadakı evlərinin həyətində keçirilən məclisində Madonna, Peris Hilton, Selena Qomez, Donatella Versaçe, Dryu Berrimor kimi məşhur ulduzlar iştirak edib.

Maraqlı məqamlardan biri isə rəfiqələrin 2003-cü ildə "Mtv VMA" mükafatlarının verilməsi gecəsindəki öpüşlərini təkrar etmələri olub.

Qeyd edək ki, mükafatlandırma mərasimindəki çıxışda Madonna, Britni Spirs, Kristina Agilera və Miss Elliot birlikdə "Like A Virgin" mahnısını oxumuşdular. Tamaşaçılar şounun sonunda müğənnilərin öpüşməsinə çox təəccüblənmişdilər. Bu öpüş ekspromt idi. /axşam.az/

 





up