Nişanlısı evlilik üçün Britnidən pul istəyir
10-05-2022, 11:32

Ana olmağa hazırlaşan məşhur müğənni Britni Spirs nişanlısı Sem Askeri ilə ən qısa zamanda nikah bağlamaq istəyir.

AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, nikahı ləngidən səbəb olduğu iddia edilib. Bunlardan biri isə nikah müqaviləsidir. Belə ki, Sem boşanma halında evli qaldıqları hər beş il üçün ciddi ödəniş istəyir.

Britninin isə müqaviləsinin təfərrüatları ilə maraqlanmadığı və yalnız toya hazırlaşdığı bildirilir.

Qeyd edək ki, ifaçının Semdən 3-cü övladı olacaq.  /axşam.az/





up