Amerikalı müğənni Halsinin (Ashley Nicolette Frangipane) Merilenddə verdiyi konsert kabusa çevrilib.
AZİNFORM.AZ xəbər verir ki, güclü yağış nəticəsində konsertin keçiriləcəyi zalı su basıb. Tamaşaçıların əyləşdiyi zalda suyun səviyyəsi qalxmağa başlayıb. Bu zaman səhnəyə boyuk gəmirici tullanıb.
Digər tərəfdən, islanan Halsinin azarkeşləri məyusluq içində zalı tərk etməli olublar.
Ləğv edilən konsertdən dərhal sonra pop ulduz “twitter”də pərəstişkarları ilə yenidən görüşəcəyini vəd edib.
Halsi pərəstişkarlarına göndərdiyi mesajda "Bu gecə çox şey mənim nəzarətimdən çıxdı. Mən sizin təhlükəsizliyinizi seçdim" deyib.