Türkiyəli müğənninin konsertində silahlı dava, yaralılar var - VİDEO
29-05-2022, 10:45

Türkiyəli müğənni Cengiz Kurtoğlunun konsertində silahlı dava olub.

AZİNFORM.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sakaryanın Kaynarca rayonunda təşkil edilən festivalın bağlanış konsertində Cengiz Kurtoğlu səhnədə olarkən silahlı dava düşüb.

Silah səslərindən sonra konsert izləyiciləri hadisə yerindən qaçmağa başlayıb.

Hadisədə şübhəli olan iki nəfər tutulub. Araşdırmalar aparılır.





up