"Anam bacımın dərdindən sirroz oldu" - Video
4-06-2022, 19:04

Əməkdar artist Nüşabə Ələsgərli "Həmin Zaur" proqramında əsəbiləşib.

AZİNFORM.AZ xəbər verir ki, buna səbəb onun anasının məzarının göstərilməsi olub. Aparıcı Zaur Kamal "Üzr istəyirəm. İcazə vermirdiniz, amma çəkdik" sözlərini söyləyib. 

7 ildir anasını itirən N.Ələsgərli göz yaşlarını saxlaya bilməyib:

"Birinci anam, sonra bacım dünyasını dəyişdi. Gözəl ana idi. Balaları üçün pərvanə, nəvələri üçün şam idi. Özünü yandırırdı. Bacım xərçəng xəstəsi idi. Anam onun dərdindən fikir çəkdi, sirroz oldu. Sənə demişdim getmə, çəkmə, pis oluram". /axşam.az/

AZİNFORM.AZ





up