Məşhur ukraynalı cütlük müharibə ilə bağlı fikir ayrılığına görə ayrılır
2-06-2022, 02:16

Məşhur ukraynalı cütlük - müğənni Vera Brejneva ilə bəstəkar və prodüser Konstantin Meladze siyasi baxışlarında yaranan fərqliliyə görə ayrılmaq ərəfəsindədirlər.

AZİNFORM.AZ-ın oxu.az-a istinadən məlumatına görə, Konstantin Meladze Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar aparmasına heç bir reaksiya verməyib.

Onun 40 yaşlı həyat yoldaşı Vera Brejneva isə könüllü fəaliyyətlə məşğuldur, tez-tez müharibə gedən ərazilərə göndərilən humanitar yardım aksiyalarında yaxından iştirak edir.

Mətbuat yazır ki, K.Meladzenin Rusiyada biznesi olduğundan o bu ölkənin təcavüzkar hərəkətlərinə susur. Məhz bu məqamlarla əlaqədar yaradıcı şəxslərin münasibəti pozulub.

Qeyd edək ki, Vera Brejneva və Konstantin Meladze 2015-ci ildə ailə həyatı qurublar. Toy mərasimi İtaliyada baş tutub. Onların bu izdivacdan övladları yoxdur.





up