"2 ay zamana ehtiyacım var" - Ağadadaş Ağayev
31-05-2022, 11:20

"Artıq xəstəliklə vidalaşdım. Amma 3-5 aydan bir gedirik müayinəyə".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Sözbaz" proqramında deyib. Xərçəngdən əziyyət çəkən müğənni artıq sağaldığını bildirib. 

Ağayev əlavə edib ki, hələ səhnəyə qayıtmağı düşünmür:

"Tamaşaçılar üçün darıxmışam. 8-ə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə 2 ay zamana ehtiyacım var. Dinləyicilər zaman versin, qayıdacam".

Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub. /axşam.az/





up