Xalq artisti Röya: “Siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim” – VİDEO
4-12-2023, 16:45

Xalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb.

AZİNFORM.AZ-ın xəbərinə görə, pop ulduz “Özəl” proqramında indi çatdığı zirvəyə heç də asanlıqla gəlmədiyini deyib.

“Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Ya ümumiyyətlə, danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi? Tək geyim, danışıq rol oynamadı. Doğrudan da 300 mahnıdan 250-i hit oldu. 16 yaşdan 42 yaşa qədər. Ona görə kimsə adımı çəkəndə, deyirəm, ey zəhmət olmasa, dəstur! Çünki mən bu sənətə sevərək, əziyyətlə gəldim. Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Ona görə ki, yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər cavab verdi. Ona görə yanımda olan, hətta məni vuran, qaldıran hər kəsə təşəkkürlər. Çünki siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim”.





up