Açıqlamaları ilə gündəmdə qalan məşhur müğənni Yeşim Salkım siyasi partiyaya keçib. Məşhur ad bu xəbəri sosial şəbəkədə sədrlə poza verərək açıqlayıb.
Azinform.az bildirir ki, aktrisa, müğənni və aparıcı Yeşim Salkım son açıqlamaları ilə gündəm olub. Sosial şəbəkələrdən aktiv istifadə edən məşhur sənətçi son paylaşımı ilə siyasi partiyaya üzv olduğunu açıqlayıb.
İnstaqram hesabında Zəfər Partiyasının sədri Ümit Özdağla pozasını paylaşan Yeşim Salkım Zəfər Partiyasına qatıldığını açıqlayıb. Salkım paylaşımına “Prezidentimiz və vitse-prezidentimizlə bazar günü səhər yeməyimiz” şərhini yazıb.
İzləyiciləri Salkımın paylaşımını bəyənmə və şərhlərlə yağdırıblar. İzləyicilərindən birinin yazdığı “Yeşim xanım bələdiyyə sədri olmağa layiqdir, uğurlar” şərhi diqqət çəkib.