Amerikalı aktyor Entoni Hopkins rəqs videosu ilə gündəmə gəlib.
AZİNFORM.AZ modern.az-a istinadən xəbər verir ki, Hollivud ulduzunun rəqs videosu 13 milyondan çox baxış toplayıb,
Aktyorun paylaşımı maraqla qarşılanıb, “səni sevirik”, “dünyanın ən yaxşı aktyoru”, “bu mənzərə qəlbimi fərəhləndirdi” və sair kimi şərhlər yazılıb.
Hazırda 85 yaşı olan aktyor 1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülüb. "Oskar" mükafatı ilə yanaşı o, 3 dəfə "BAFTA", 2 dəfə "Emmy" və bir dəfə "Cecil B. DeMille" mükafatları qazanıb.