DİGƏR XƏBƏRLƏR
Tanınmış saz ustası aşıq Namiq Fərhadoğlu son açıqlaması ilə gündəmə gəlib.
AZİNFORM.AZ yenisabah.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan “Rəngarəng səhər” proqramında qonaq olan sənətçi ona cadu edildiyini, bu səbəbdən evlənə bilmədiyini iddia edib:
“Mənə əməl, cadu ediblər, evlənə bilmirəm. Zarafatsız deyirəm. Bu, yüzdə-yüz belədir. Mənim həyatımda bir neçə dəfə belə şeylər olub. Elə olub ki, həyatımda qızlar olub, həkim, yaxud Bakı Dövlət Universitetində müəllim olub, dərs deyib. Yaşı da mənə uyğun olub, 32-33 yaşında. Bir-birimizi sevmişik, danışmışıq, görüşmüşük, gəzmişik, lakin evlənmək mərhələsinə gələndə aləm bir-birinə dəyib. Baxın, tam səmimi deyirəm”.
Həmin kadrları təqdim edirik: