Dilan Polatdan sonra Şulemsi də ifşa oldu - Görün tonlarla pul haradan gəlir?
8-11-2023, 16:33

 Şulemsi təxəllüsü ilə paylaşımlar edən Şule Kayatürkün dəbdəbəli həyatı da radara düşüb.

AZİNFORM.AZ xəbər verir ki, dəbdəbəli həyatları ilə diqqət çəkən fenomen adlar bir-bir araşdırılmağa başlayıb. Engin Polat-Dilan Polat hadisəsindən sonra bütün gözlər Şulemsi təxəllüsü ilə paylaşım edən Şule Kayatürkə çevrilib. Lüks avtomobilləri, qızılları, evlərini paylaşan Kayatürk görün nə edir?

Əslən Ankaradan olan Şule Kayatürk 1.75 boyu və Oğlaq bürcüdür. Bir vaxtlar çəkisinin 100 kilodan çox olduğu deyilən Şulemsi qısa müddətdə 54 kiloya düşüb.

Əsl adı Şule Kayatürk olan Şulemsi həyat yoldaşı Yasin Türklə yollarını ayırıb. Şulemsi ayrılıqdan sonra keçmiş həyat yoldaşı Yasin Türk ilə ümrə ilə bağlı paylaşım edərək barışdıqlarını açıqlayıb. 

Qeyd edək ki, Şulemsi 2013-cü ildən sosial media fenomeninə çevrilib. Bundan əlavə, o, YouTube-dan da məzmun paylaşır. Və onun adına gözəllik mərkəzi var.

AZİNFORM.AZ





up