Həftələrlə gündəm olan Dilan Polat və həyat yoldaşı Engin Polatın başına bəla gəlib. Məşhur fenomen cütlüyün bizneslərinin çəkilişi ilə bağlı şok iddia ortaya çıxıb. Dəbdəbəli həyatı və qazancı ilə hər zaman gündəmdə olan Dilan Polat çətin anlar yaşayır.
AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirən Dilan Polat son günlər tez-tez "çirkli pulların yuyulması" iddiaları ilə gündəmə gəlib. Dilan Polat və əri Engin Polatla bağlı hazırlanan MASAK hesabatı gündəm olub.
Hesabatda Dilan Polatın və onun qohumlarının şirkətlərinin tək bir qurum tərəfindən idarə edildiyi və bu şirkətlərdə çirkli pulların yuyulması ilə bağlı iddialar yer alırdı. Polat cütlüyünün şirkətləri üzərində aparılan araşdırmada 200 milyon lirəlik fırıldaq əməliyyatlarının edildiyi müəyyən edilib. MASAK həmçinin Dilan Polat, Engin Polat və atası Sezgin Polatın bank əməliyyatlarının dayandırılmasını istəyib.
İddialarla mübarizə aparan və vergidən yayınması ilə gündəmə gələn Dilan Polata məxsus Ataşehirdəki poliklinika 3 gecə əvvəl şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən güllələnib. Ötən gecə saat 19:00 radələrində İstanbulun Küçükbakkalköy səmtinin Kayışdağı küçəsində Engin Polatın iş yerinə silahlı hücum olub.
Jurnalist Erk Acarerin nəşr etdiyi sənədə görə; Dilan Polat və Engin Polatla bağlı maraqlı məlumatlar ortaya çıxıb. Məşhur fenomen cütlüyün onlara qarşı 2 ayrı istintaq faylı var. Bu araşdırmalar daxilində 17 adam şübhəli olaraq təyin olundu. Dilan Polatın poliklinikasının vurulması ilə bağlı polisin ümumi rəyi odur ki, Polat ailəsi gözəllik mərkəzini özləri çəkdiriblər.
AZİNFORM.AZ