Özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla sevgili olan Mehmet Ali Erbil sevgilisindən ayrılıb. Məşhur komediya aktyoru ayrıldıqdan sonra keçmiş sevgilisini hədəfə alıb.
AZİNFORM.AZ xəbər verir ki, özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla evlənmək üçün günləri sayan məşhur komediya ustası Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisindən ayrılıb. Məşhur komediya aktyoru ayrıldıqdan sonra keçmiş sevgilisini tənqid edərək sərt ifadələr işlədib.
Daha əvvəl Muhsine Şehnaz Kamiloğlu, Nergis Kumbasar, Sedef Altuntaş və Tuğba Coşkunla evlənən məşhur komediya ustası Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla evlənmək qərarına gəlib. Cütlüyün evlənəcəyi az qala dəqiq olsa da, sürpriz bir ayrılıq qərarı gəldi.
Bir müddətdir sevgili olan cütlük ayrılıb. Ayrıldıqdan sonra sosial media hesabından açıqlama verən Gülseren Ceylan " Mehmet Ali Erbillə yolları ayırdım. Ona həyatda uğurlar arzulayıram. Buradan toplu cavab verim, bu haqda danışmayacağam."
Bu sözlərdən sonra Mehmet Ali Ərbil Gülseren Ceylanı hədəfə alıb və Ceylanın pul hərisliyinin daha çox olduğunu vurğulayıb və deyib:
"Sənət məsləhətçisi Arzu xanım və qardaşı ilə Nişantaşıda görüşdüm. Sağ olsunlar, məni sevgililəri kimi qələmə verdilər. Arzu xanım evli qadındır və mənim sənət məsləhətçimdir. Onun rəsm qalereyası var... Gülserendən ayrıldığım doğrudur.Son vaxtlar onun istəkləri bitib-tükənmirdi. Ev, maşın, brilyant istəyirdi. Onda kredit kartım var idi,amma yenə də pul hərisliyi üstünlük təşkil edirdi.Gedəndə solitaire də aldı. 180 min lirəlik üzük.Hər zaman "Mən şərəfli qadınam, heç kimdən heç nə almıram" desə də, üzüyü istədim, vermədi. Hər şeyi yığıb getdi. "Çıxdı. Barışıq etmək mənim üçün sualdır."