2022-ci ildə Çağlar Ökten ilə ailə quran məşhur sənətçi Seda Sayandan pis xəbər gəlib.
AZİNFORM.AZ xəbər verir ki, evləndikləri gündən gündəmdə olan məşhur ər-arvad təcili xəstəxanaya çatdırılıb.
Türk estradasının vazkeçilməz adlarından olan Seda Sayan uzun illər səhnədəki enerjisi, güclü səsi və sevilən mahnıları ilə milyonlarla insanın ürəyincə olan sənətçidir. Həm musiqi karyerası, həm də televiziya proqramları ilə tanınan Sayan Türkiyənin ən hörmətli sənətçilərindən sayılır.
2022-ci ildə Çağlar Ökten ilə ailə quran məşhur sənətçi Seda Sayandan pis xəbər gəlib. 2 həftə əvvəl xəstələnərək xəstəxanaya yerləşdirilən Seda Sayan və həyat yoldaşı Çağlar Ökten yenidən xəstələnib.
Məşhur sənətçi Seda Sayan və həyat yoldaşı Çağlar Ökten xəstəxanadan nəfəs alıblar. Sosial media hesabında həyat yoldaşı Çağlar Öktenlə xəstələndiklərini paylaşan məşhur müğənni Seda Sayan “İkimizə də serum qoşulub. Ehtiyatlı ol. Epidemiya məkrli şəkildə yayılır. “Heç kimi qucaqlama, heç kimi öpmə” deyə hamını xəbərdar edib.