Aparıcısı olduğu verilişdə solist olan Çağlar Ökten və ötən ilin aprelində nikah masasına oturan Türkiyənin məşhur sənətçisi Seda Sayan ərinin hazırladığı sürpriz şənliklə 60 illik yubileyinə qədəm qoyub.
AZİNFORM.AZ yerli mediaya istinadən bildirir ki, mətbuat nümayəndələri ilə söhbət edən məşhur müğənni 2022-ci ili dəyərləndirərkən konsertlərində geyindiyi səhnə geyimləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Özündən 25 yaş kiçik musiqiçi Çağlar Öktenlə ailə quran Seda Sayan son aylarda əri ilə birlikdə olmaq üçün konsert işləri almadığını bildirib.
Seda Sayan 60 yaşını Kiprdə qeyd edib. Acapulco otelində çıxış edən Sayan həyat yoldaşı Çağlar Öktenin hazırladığı sürpriz bayramla səhnədə yeni yaşına qədəm qoyub.
O deyib ki, əvvəllər 3 paltarla Türkiyənin dörd bir yanında konsertlər verirdi:
“İndi paltarı maksimum 2 dəfə geyinirəm. Bundan sonra onları satıram. Pulu avtomatik olaraq heyvan cəmiyyətinə köçürülür. Bunu da avtomatlaşdırmışıq, paltar satılan kimi gəliri ora köçürülür. Ayaqqabıdan tutmuş paltoma qədər hər şeyi satıram və heyvanların baxımına və saxlanmasına köçürürəm. Mənim üçün bu xoşbəxtlik kifayətdir”. /lent.az/