Məşhur adın Sevda Dəmirəl ilə eşq macərası GÜNDƏM OLDU
25-10-2023, 23:36

My Style proqramı ilə kütlə tərəfindən tanınan Neslihan Doğrusöz müsabiqədən sonra cinsiyyətini dəyişib. O, adını da dəyişərək Doruk Doğrusöz kimi həyatına davam edir. 

AZİNFORM.AZ xəbər verir ki, Doğrusöz keçirdiyi plastik əməliyyatdan dərhal sonra son görünüşünü paylaşıb.

My Style yarışması ilə tanıdığımız Neslihan Doğrusöz son illərdə cinsini dəyişərək Doruk adını almışdı. O, Sevda Dəmirəl ilə yaşadığı eşq macərası ilə gündəmə gəlib.

Son zamanlar imici ilə izləyicilərini təəccübləndirən Doğrusöz sosial şəbəkədəki paylaşımları ilə izləyicilərinin rəğbətini qazanıb. İmicinə pul xərcləməkdən çəkinməyən və son vaxtlar özünü idmana həsr edən Doruk Doğrusözə bu yaxınlarda Jawline (çənə xətti dolgusu) etdirib. 

Məşhur adı görənlər "Nə edirsən et, gözəl görünür", "Çox yaraşıqlı görünürsən" şərhlərini yazıblar. 






up